Xəbərlər
65 illik yubiley münasibətilə tədbir

65 illik yubiley münasibətilə tədbir
Ağdam rayonu 118 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Əliyeva Lalə Lənkəran qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən ETİHİ Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov yubilyar müəllimi təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayıb. Çıxışında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının vəzifə və öhdəliklərindən, təhsil işçilərinin hüquqlarının və sosial təminatlarının qorunmasında həmkarlar ittifaqının rolundan bəhs edilib.
Yubilyarın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyət və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri vurğulanıb.
Sonda Lalə Əliyeva ETİHİ Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman, gül buketi və xatirə hədiyyəsi ilə təltif olunub.
Ağdamda 65 illik yubiley münasibətilə tədbir keçirilib

Ağdamda 65 illik yubiley münasibətilə tədbir keçirilib
Ağdam rayonu İkinci Alıbəyli qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi Abbasov İlyas Əliqulu oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən ETİHİ Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov yubilyar müəllimi təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayıb. Çıxışında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının vəzifə və öhdəliklərindən, təhsil işçilərinin hüquqlarının və sosial təminatlarının qorunmasında həmkarlar ittifaqının rolundan bəhs edilib.
Yubilyarın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyət və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri vurğulanıb.
Sonda İlyas Abbasova ETİHİ Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman və xatirə hədiyyəsi ilə təltif olunub.
Ağdam şəhər 1 nömrəli məktəbdə Müəllimlər Günü qeyd olunub

Ağdam şəhər 1 nömrəli məktəbdə Müəllimlər Günü qeyd olunub
Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhid müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, İdarənin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının müvafiq rayon komitələrinin sədrləri, ümumi təhsil müəssisələrinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Tədbirdə çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək, müəllim əməyinin gələcək nəslin yetişdirilməsində və cəmiyyətin inkişafında mühüm rolunu vurğulayıb. İdarə müdiri bütün təhsil işçilərinə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Daha sonra bir qrup müəllim çıxış edərək müəllimlik peşəsinin məsuliyyətindən, təhsil sahəsində həyata keçirilən yeniliklərdən və müəllim əməyinə göstərilən diqqət və qayğıdan bəhs edib, həmkarlarını peşə bayramı münasibətilə təbrik ediblər.
Təhsildə nailiyyətləri və səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisi təltif olunub. Təltif olunanlara təşəkkürnamə və müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən müəllimlərə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri və bədii kompozisiyalar nümayiş etdirilib.
Ağdamda Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüşlər keçirilib

Ağdamda Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüşlər keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında çalışan təhsil işçiləri ilə görüşləri davam etdirir.
Bu çərçivədə növbəti görüşlər 2 oktyabr 2026-cı il tarixində Ağdam rayonunun bir sıra təhsil müəssisələrində keçirilib.
Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev və ETİHİ Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov iştirak ediblər.
Görüşlər zamanı təhsil sahəsində yüksək nəticələri və peşə fəaliyyətində uğurları ilə fərqlənən müəllimlərə, şəhid ailələrinin üzvü olan təhsil işçilərinə, eləcə də uzun illər təhsil sahəsində çalışan zəngin pedaqoji təcrübəyə malik müəllim və təhsil işçilərinə xüsusi diqqət göstərilib.
Bu çərçivədə şəhid ailəsi üzvü olan Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Məmmədova Şəmilə Kazım qızı və Ağdam rayonu Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Aslanova Nuridə Qənbər qızı ilə görüşlər keçirilib.
Sertifikasiya imtahanında yüksək nəticə göstərmiş Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Məmmədova Nurəngiz Əli qızı, Ağdam rayon Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Məmmədova Rəqsanə Nadir qızı və Qarayeva İlahə Tahir qızı, Ağdam rayon Kəngərli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Ağayeva Vüsalə Əli qızı, həmçinin Ağdam rayonu Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Abbasova Xatirə Cavad qızı ilə görüşlər təşkil olunub.
Eyni zamanda, uzun illər təhsil sahəsində çalışan və zəngin pedaqoji təcrübəyə malik təhsil işçiləri də diqqətdən kənarda qalmayıb. Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Bayramova Vəfa Oqtay qızı, Ağdam rayon Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Hüseynova Şərifə Valeh qızı, Ağdam rayonu Xıdırlı kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Səmədova Xoşqədəm Xəlil qızı, Ağdam rayon Kəngərli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Ağayev Azər Şirin oğlu və Ağdam rayonu Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Aslanova Raisə Əhmədxan qızı ilə görüşlər keçirilib.
Görüşlər zamanı AHİK və ETİHİ Respublika Komitəsi rəhbərliyinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinə ünvanladığı təbriklər çatdırılıb. Müəllimlərlə səmimi fikir mübadiləsi aparılıb, onların fəaliyyəti, əmək şəraiti və qarşılaşdıqları məsələlər ətrafında söhbətlər edilib.
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinə qiymətli hədiyyələr təqdim olunub, onların əməyi və təhsilin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilib.
Sonda məktəb kollektivləri ilə xatirə şəkilləri çəkilib.
Keçirilən görüşlər təhsil işçilərinin əməyinə göstərilən diqqət və verilən dəyərin ifadəsi olub.
Ağdamda Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüşlər təşkil olunub

Ağdamda Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüşlər təşkil olunub
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağdam rayonunun bütün ümumtəhsil məktəblərinə bayram tortları və şirniyyatlar göndərilib.
Bayram münasibətilə Rayon Komitəsinin sədri Tamerlan Hüseynov və komitənin əməkdaşları təhsil müəssisələrində şəxsən olub, müəllim kollektivləri ilə görüşərək onları peşə bayramları münasibətilə təbrik ediblər.
Görüşlər zamanı müəllimlərin təhsil sahəsindəki əməyi yüksək qiymətləndirilib, onlara fəaliyyətlərində uğurlar və xoş arzular çatdırılıb.
Bu təşəbbüs müəllimlərə göstərilən diqqət və qayğının, onların əməyinə verilən dəyərin ifadəsi olub
65 illik yubiley və 5 Oktyabr – Müəllimlər Günü münasibətilə görüş keçirilib

65 illik yubiley və 5 Oktyabr – Müəllimlər Günü münasibətilə görüş keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən Ağdam rayonu Hafiz Əsgərov adına Quzanlı qəsəbə tam orta ümumtəhsil məktəbində uzunillik pedaqoji fəaliyyət göstərən müəllim Qəhrəmanova Mahirə Əkbər qızının 65 illik yubileyi və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin kollektivinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Mahirə müəllimənin təhsil sahəsində uzunillik və səmərəli fəaliyyətindən, şagirdlərin bilik və tərbiyəsindəki xidmətlərindən, kollektiv arasında qazandığı hörmət və nüfuzdan bəhs olunub.
Yubileyi münasibətilə Qəhrəmanova Mahirə Əkbər qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman, gül buketi və qiymətli hədiyyə ilə təltif olunub.
Görüşdə məktəbin bütün müəllim heyəti 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub.Görüşdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərlə birlikdə bayram tortu kəsilib.
Sonda Mahirə müəlliməyə 65 illik yubileyi münasibətilə, bütün müəllimlərə isə peşə bayramları münasibətilə möhkəm can sağlığı, uzun ömür və fəaliyyətlərində uğurlar arzulanıb.
Ağdamda həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti ilə bağlı görüşlər keçirildi

Ağdamda həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti ilə bağlı görüşlər keçirildi
30 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin xidmətinə daxil olan Ağdam rayon Ergi kənd tam orta ümumtəhsil məktəbi və Ağdam rayon 129 nömrəli tam orta ümumtəhsil məktəbində ilk həmkarlar ittifaqı təşkilatının sədri vəzifəsinə seçki keçirilib.
Tədbir çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının məqsəd və vəzifələri, hüquqi təminatlar və həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı ETİHİ tərəfindən üzvlərin rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, hüquqlarının müdafiəsi, sağlamlıq, istirahət, təlim və digər istiqamətlərdə həyata keçirilən layihələr, yaradılan imkanlar və görülən işlər barədə geniş təqdimat edilib.
Görüşdə həmçinin 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəb kollektivi təbrik olunub, müəllim və təhsil işçilərinə fəaliyyətlərində uğurlar, yüksək nailiyyətlər və müvəffəqiyyətlər arzulanıb.
Daha sonra vəzifəsindən ayrılan ilk həmkarlar ittifaqı təşkilatının sədrləri yerinə yeni sədr seçkisi keçirilib.
ETİHİ Ağdam Rayon Komitəsi olaraq yeni seçilmiş sədrləri səmimi-qəlbdən təbrik edir, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar, yeni nailiyyətlər və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağdam rayonunda şəhidlərin əziz xatirəsi yad edilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağdam rayonunda şəhidlərin əziz xatirəsi yad edilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, həmçinin təhsil müəssisələrinin rəhbərləri Ağdam Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub və onların xatirəsi ehtiramla yad edilib.
Daha sonra şəhid müəllimlər Qənbərov Mədət Əzim oğlunun və Vəliyev Vüqar Emin oğlunun ailələri ziyarət olunub, ailə üzvlərinin qayğıları dinlənilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür

20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür
20 Sentyabr 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ilə tariximizin mühüm səhifələrindən biri yazıldı.
Bu əlamətdar gün münasibətilə bütün xalqımızı təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq.
Dövlət suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığımızı bildiririk.
Qoy, üçrəngli bayrağımız daim ucalarda dalğalansın!
Ağdamda Milli Musiqi Günü münasibətilə konsert proqramı təşkil edilib

Ağdamda Milli Musiqi Günü münasibətilə konsert proqramı təşkil edilib
18 sentyabr 2026-cı il tarixində Ağdam Musiqi Kollecində “Milli Musiqi Günü” münasibətilə konsert proqramı təşkil edilib. Konsert proqramında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Musiqi Kollecinin direktoru, Respublikanın əməkdar artisti Fehruz Səxavət, idarə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov milli musiqimizin zəngin irsindən, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən və musiqi sənətinə göstərilən dövlət qayğısından bəhs etmişdir. Daha sonra Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəylinin və Azərbaycanın digər klassik bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları konsert iştirakçılarına təqdim edilib.
Ağdam rayon Zəngişalı kənd tam orta məktəbdə ilk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib

Ağdam rayon Zəngişalı kənd tam orta məktəbdə ilk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib
17 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin xidmətinə daxil olan Ağdam Rayon Samir Abdınov adına Zəngişalı kənd tam orta ümumtəhsil məktəbində ilk həmkarlar ittifaqı təşkilatının sədri vəzifəsinə seçki keçirilib.
Tədbir çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının məqsəd və vəzifələri, hüquqi təminatlar və həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı ETİHİ tərəfindən üzvlərin rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, hüquqlarının müdafiəsi, sağlamlıq, istirahət, təlim və digər istiqamətlərdə həyata keçirilən layihələr, yaradılan imkanlar və görülən işlər barədə geniş təqdimat edilib.
Görüşdə həmçinin 2026–2027-ci tədris ilinin başlanması münasibətilə məktəb kollektivi təbrik olunub, müəllim və təhsil işçilərinə yeni tədris ilində fəaliyyətlərində uğurlar, yüksək nailiyyətlər və müvəffəqiyyətlər arzulanıb.
Daha sonra vəzifəsindən ayrılan ilk həmkarlar ittifaqı təşkilatının sədri Nağıyev Adil Nazir oğlunun yerinə yeni sədr seçkisi keçirilib. Kollektiv tərəfindən namizədliyi irəli sürülən Mamedov Elçin Rizvan oğlu üzvlərin etimadını qazanaraq səs çoxluğu ilə müəssisənin ilk həmkarlar ittifaqı təşkilatının yeni sədri seçilib.
ETİHİ Ağdam Rayon Komitəsi olaraq yeni seçilmiş sədri səmimi-qəlbdən təbrik edir, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar, yeni nailiyyətlər və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq.
65 illik yubiley münasibətilə tədbir

65 illik yubiley münasibətilə tədbir
Ağdam rayonu Ayaz Abasov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Quliyeva Mətanət Baxşeyiş qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən ETİHİ Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov yubilyar müəllimi təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayıb. Çıxışında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının vəzifə və öhdəliklərindən, təhsil işçilərinin hüquqlarının və sosial təminatlarının qorunmasında həmkarlar ittifaqının rolundan bəhs edilib.
Yubilyarın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyət və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri vurğulanıb.
Sonda Mətanət Quliyeva ETİHİ Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman, gül buketi və xatirə hədiyyəsi ilə təltif olunub.


